MƏKTƏBDƏ “BEYNƏLXALQ SÜLH GÜNÜ” QEYD EDİLDİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuş “Sülh aylığı” çərçivəsində 8 № -li məktəbdə dəyirmi masa keçirildi.Mövzu ətrafında şagirdlərin hazırladığı slaydlar nümayiş etdirildi, referatlar dinlənildi. Məktəbin foyesində “ Mən sülh istəyirəm” başlığı altında şagirdlərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi.