YAŞA, YAŞA ÇOX YAŞA EY, ŞANLI AZƏRBAYCAN!!! Vətən, 99 yaşın mübarək!!!

Bu il mayın 28-də Azərbaycan Respublikasının 99 ili tamam olur. Bu məqsədlə bu gün Bakı şəhəri 8 nömrəli tam orta məktəbin 6b sinif şagirdləri həm məktəbin müəllim-şagird kollektivini, həm də şəhərimizin sakinlərini qarşıdan gələn bu möhtəşəm bayram münasibətilə “Yaşa Azərbaycan!!!” adlı qala- konsert təşkil etmişdilər. Bayram tədbirində Nəsimi rayon İcra hakimiyyətinin birinci müavini Gülarə xanım, eləcə İcra Hakimiyyətinin digər nümayəndələri, məktəb rəhbərliyi, məktəbin müəllim, valideyn və şagird heyəti də iştirak etmişdir.Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi