10 may Ümummilli lider H.Ə.Əliyevin doğum günüdür
10 may Ümummilli lider H.Ə.Əliyevin doğum günüdür.Bakı şəhəri 8 №li məktəbin şagird-müəllim kollektivi və burada pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin pedaqoji-təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və pedaqoqika kafedrasının müəllimi, professor Vidadi Bəşirov, metodist Allahverdiyeva Fəridə, pedaqoq Əliyeva Təranə və Universitetin tələbələri Azerbaycan xalqının ümummilli liderinin doğum gününə həsr edilmiş tədbirdə çıxış etdilər. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ile ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri ve beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara ve uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.