Fənn olimpiadasının qalibləri mükafatlandırılıb
Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün Riyaziyyat, Fizika, Kimya və İnformatika fənn olimpiadalarının yekun mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Fənn olimpiadasının gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirildiyini bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı olimpiadanın 1989-cu ildən sonra yenidən keçirilməsini böyük uğur kimi qiymətləndirib. Olimpiadada birinci yeri tutan tələbələrin gələcəkdə mükafat aldıqları ixtisas üzrə ADNSU-ya qəbul olunacaqları təqdirdə 100 manat təqaüd alacaqlarını deyən rektor M.Babanlı abituriyentlərə universitet haqqında geniş məlumat verib. Sonda ən yüksək nəticə göstərən şagirdlər Fəxri Fərmanla təltif olunublar. Qaliblər arasında kimya fənni üzrə III yerin sahibi Aslanova Leyla Rafael qızı 8 nömrəli məktəbin 11 c sinif şagirdidir. Biz şagirdimizin uğruna sevinir, ona gələcəkdə daha yüksək nəticələr əldə etməyi arzu edirik!