Təhsili Dəyərə Çevirək
“Təhsili Dəyərə Çevirək” devizi altında, “Ekologiya və İqtisadiyyat “ mövzusu ətrafında bu gün Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə " Alternativ enerji" mövzusunda kiçik praktik- elmi konfrans keçirildi. Konfransda məktəbin VIll -XI sinif şagirdləri, coğrafiya, biologiya, fizika, fənni müəllimləri, laborantlar iştirak edirdilər. Məktəbin fizika müəllimi S. Arzumanova konfransı açıq elan edərək, mövzunun aktuallığını vurğuladı, şagirdlərin elmi-praktik mühazirələri dinləndi. Daha sonra fizika müəllimi M. Rəhimova şagirdlərin praktik işləri haqda məlumat verdi, şagirdlır isə hazırladıqları akternativ enerji mənbəlırini əyani surətdə nümayiş etdirdilər.