Vətən uğrunda
Rəşadətli Azərbaycan Ordusu 4 il əvvəl 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Babayev Elvin Əkbər oğludur. Əsgər Babayev Elvində döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü canı bahasına qoruyan, döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlu şəhid məzunumuz Babayev Elvinin bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 4 il ötür.