Sağlam bədəndə sağlam ruh və şəxsi gigiyena
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbimizdə məktəbin həkimi Məmmədova Tamilla, tibb bacısı Şıxəliyeva Lalə, praktik psixoloqu Əlizadə Səbinə və UBR-i Əzimova Kəmalə “Sağlam bədəndə sağlam ruh və şəxsi gigiyena” mövzusunda maarifləndirici tədbir keçiriblər. Tədbirdə sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti, vacibliyi barədə ətraflı məlumat verilib. Sağlam qidalanma, gigiyena qaydaları, idmanın əhəmiyyəti, sağlamlığa faydalı təsirləri iştirakçıların diqqətinə çatdırılıb.