“İslam Həmrəyliyi İli” çərçivəsində mühazirə
Bu gün Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə Nəsimi rayonu üzrə orta ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliyi rəhbərləri, tərbiyə işləri üzrə direktor müavinləri və 8 nömrəli məktəbin şagird və müəllim kolletivi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” filminə baxış keçirildi. Filmdən sonra DQİFK-nin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi F.Əkbərov, aparıcı məsləhətçi N.İmanov, Nəsimi RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və BŞTİ-nin əməkdaşlarının iştirakı ilə geniş fikir mübadiləsi aparıldı, filmin tərbiyəvi rolu və aktuallığı haqda geniş məruzə edildi.