İcbari Tibbi Sığorta
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məktəbdə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Agentliyin nümayəndəsi Leyla Lətifova təqdimatla çıxış edərək, icbari tibbi sığorta sistemindən istifadə qaydası, Xidmətlər Zərfi, göndəriş vərəqəsinin verilməsi qaydası və s. barədə məlumat verib. Sonda Agentliyin nümayəndəsi tərəfindən iştirakçıların sualları cavablandırılıb.