Yaşıl dünya naminə həmrəylik ili
Məktəbin akt zalında 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ətraf mühiti qoruyaq” devizi altında "Birlikdə planetimizi yaşıllaşdıraq" adlı ekoloji layihələrini təqdim etdilər. "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş layihə çərçivəsində təşkil olunmuş tədbirdə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva, məktəbin pedaqoji və şagird heyəti iştirak etdilər. Öncə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri incəsənət” dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edənlər şagirdlərin ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsinə dəstək verilməsi baxımından bu cür layihələrin əhəmiyyətindən danışıblar.
Sonra 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” dərnək üzvlərinin hazırladığı “Təmiz planet” interaktiv kukla tamaşası nümayiş olunub.