Yelkən İdmanı üzrə Yay Məktəbi 2024
Bu gün Azərbaycan Yelkən Federasiyasının əməkdaşları tərəfindən “Yelkən İdmanı üzrə Yay Məktəbi 2024” layihəsinin təqdimatı keçirildi. Nümayəndələr layihə barədə şagirdlərimizə məlumat verdilər. Onlara yelkən qurma, qayıqlardan istifadə etmə və sürmə qaydaları ilə tanış etdilər.
Məqsəd şagirdlər arasında Yelkənli İdmanı təbliğ və təşviq etməklə yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaqdır.