“Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları”
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təşkilatçılığı ilə məktəbimizdə “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin nümayəndələri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.
Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb. Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.