Bir damla mürəkkəb bir milyon insanı düşündürə bilər...Corc Bayron
Bu gün 5C sinifində biz də kitabların həyatımızdakı rolunu araşdırdıq. Məqsədimiz mütaliə mədəniyyətinin inkişaf etdirmək, kitaba sevgi hisslərini aşılamaqdır. Kitab oxumağın bir çox faydaları uşaqlara hər zaman aşılanmalıdır. Keçirdiyimiz disputda şagirdlər kitab oxumağın faydalarını sadaladılar: Kitab yaddaşı gücləndirir. Diqqət və konsentrasiyanı artırır: Müasir dövrdə eyni anda müxtəlif texnoloji alətlərin istifadəsi bir mövzuya tam diqqət etməyimizə maneə törədir. Danışıq qabiliyyətini inkişaf etdirir: Hazırki dövrdə insanların özünü ifadə etməkdə çətinlik çəkdiyi hamımıza məlumdur və bu da öz növbəsində insanlarda öz güvənsizlik yaradır.Yazı qabiliyyətini artırır: Bu, kitabların bizim söz ehtiyatımızı artırması ilə birbaşa əlaqədardır.Mütaliə stressi azaldır.Kitab oxumaq boş vaxtı dəyərləndirməyin ən yaxşı yoludur.. Çox oxumaq sizə müəyyən kütlə içində sıxılmadan istənilən mövzu haqqında danışmağa yardımcı olacaq.
Bir sözlə daimi kitab oxumaq bizə fərqli mədəniyyətləri öyrətmiş olacdır.