Nağıl saatı

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Nağıl saatı”nda məktəbimizin 3a sinif şagirdləri uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüşdülər. Kitablarında daha çox elmi fantastik janra üstünlük verən yazıçı yaratdığı obrazlar haqqında şagirdlərə danışdı. Reyhan xanım kitab yazarkən apardığı araşdırmaları, gedişat zamanı hansı hisslər keçirdiyini uşaqların diqqətinə çatdırdı. Yazar yeganə şeir kitabı olan “Tələtin sirri” kitabından şeir parçaları səsləndirdi, obrazlar arasındakı fərqləri oxucularla birlikdə müzakirə etdi. Müzakirədən sonra uşaqlar suallarla yazıçıya müraciət etdilər.

    Belə görüşlər şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması, onların mənəvi tərbiyəsinə və nitq qabiliyyətlərinin inkişafına müsbət təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi