Yeniləşən məktəb
Məktəbimizin yuxarı sinif şagirdləri üçün akt zalında BŞTİ-nin yeni "Yeniləşən məktəb" adlı pilot layihəsinin təqdimatı keçirildi . Bakı məktəbləri arasından seçilən 20 məktəbdə tədbiq olunacaq layihənin məqsədi ümumi təhsil müəssisələrini yeni dövrün çağırışlarına uyğunlaşdırmaqla milli özünüinkişaf modelini yaratmaqdır. Sevindirici tərəf layihənin tətbiq olunacağı 20 məktəbin arasında bizim məktəbin də yer almasıdır.
Yeniləşən məktəb layihəsinə cəlb olunan təhsil müəssisələrində fəaliyyət planında nəzərdə tutulmuş peşə seçimi təlimlərinə məktəbimizin 9-10-cu sinif şagirdləri cəlb olundu. Təlimlər “Dərs evi” tədris mərkəzinin maliyyə və xidmət dəstəyi ilə həyata keçirilir.