Konsert

       Məktəbimizin akt zalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup tələbələri ibtidai sinif şagirdləri üçün konsert təşkil etdilər. Təqdim olunan konsert proqramında klarnet, violonçel, skripka alətlərində musiqi nömrələri ifa olundu və şagirdlər bu musiqi alətləri ilə tanış edildi.

“Novruz” bayramı ərəfəsində təqdim olunan konsert orta məktəbin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanmış, şagirdlərdə bayram əhval ruhiyyəsi yaratmışdır.

    Sonda konsertdə iştirak edən şagirdlər də öz musiqi məharətlərini göstərmişdilər. Belə tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi