Xocalı soyqırımı

    26 fevral 2024-cü il tarixində məktəbimizdə bütün siniflərdə ilk dərs Xocalı soyqırımına həsr olundu. Dərslərdə həmin gecə qətlə yetirilən qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllimlər Xocalı faciəsi haqqında ətraflı məlumat verdilər, Xocalıda baş vermiş cinayətlərdən bəhs edən slaydlar nümayiş etdirildi. Şagirdlər Xocalı haqqında öz təqdimatlarını və şeirlərini söylədilər.
    Daha sonra məktəbin IX-XI sinif şagirdləri Xocalı abidəsini ziyarət etdilər.
    Eyni zamanda 21-26 fevral tarixlərində məktəbdə I-XI siniflərdə keçirilən təşkilat saatları Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi