Ümumxalq Hüzn Günü

    19 yanvar tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində 20 yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

     Tədbirdə K. Kərimov adına 8 saylı tam orta məktəbin 4B, 5B, 6A, 6C, 5C, 5A sinif şagirdləri iştirak ediblər. Öncə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirələri bir dəqiqəlik sükut ilə yad edilib. Tədbirin açılışında bölmənin müdiri Lalə Salahova 34 il əvvəl baş vermiş yanvar hadisələri haqqında şagirdlərə məlumat verib. Daha sonra məktəblilər xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 yanvar hadisəsi haqqında kitablarla tanış olub, şeirlər və hekayələr söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi