ERKƏN NİKAH HAQQINDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

 

    9 yanvar tarixində məktəbimizin psixoloqu Səbinə Əlizadənin başçılığı ilə 10cu sinif şagirdlərinin iştirakı ilə "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair" maarifləndirmə mövzusunda tədbir keçirilib.

    Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə keçirilən tədbirdə qeyd edilib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Erkən yaşda qurulan ailələr çox vaxt tez dağılır. Erkən yaşda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasıdan, ana və uşaq ölümlərindən danışılıb. Qohumlar arasında qurulan nikah sağlamlıq imkanı məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına gətirib çıxarır. Yekunda qeyd edilib ki, erkən nikahlar ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütün cəmiyyətə mənfi təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi