Maarifləndirici tədbir

    Narkotik vasitələr, psixotrop maddələr haqqında marifləndirici tədbir keçirildi. Hər il məktəbin fəaliyyət planında məktəbdənkənar və sinifdənxaric fəaliyyətlərin yerləşdirilməsi zamanı yetkinlik yaşına çatmayanların tərbiyəsinə düzgün istiqamət vermək onların zərərli vərdişlərdən qorunmasını təmin etmək məqsədi ilə müxtəlif tədbirlər keçirilir.

22 dekabr tarixində də fəaliyyət plana uyğun olaraq məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Safura İbrahimli, psixoloqu Səbinə Əlizadə, məktəbin həkimi Tamilla Məmmədova, tibb bacısı Lalə Şıxəliyeva və UBR-i Kəmalə Əzimovanın təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə bildirildi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Qeyd olundu ki , bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı, narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi