Azərbaycanın flora və faunası

     Azərbaycanın flora və faunası öz zənginliyi ilə seçilir. Qarabağ ərazisi özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindəndir. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi həmin ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə səbəb olmuşdur. Torpaqlarımızın işğalından öncə Qarabağın ümumi ərazisinin 36%-ə qədəri meşəliklərdən ibarət idi.mİşğal dövründə qiymətli ağac növləri kəsilərək Ermənistan ərazisinə daşınmış, zəhərli və çətin söndürülən maddələrdən istifadə edilməklə qəsdən yanğınlar törədilmiş, nadir meşə örtüyü və heyvanlar məhv edilmişdir.

    Məktəbin biologiya müəllimi Abbasova Mehribanın təşkilatçılığı ilə şagirdlər Azərbaycanın ən qədim və səfalı guşələrindən biri olan Qarabağın qiymətli cins atları, milli sərvətləri, zəngin təbiət və bitki aləmi, təkrarolunmaz iqlimi eləcə də Qubadlı Dövlət Təbiət Yasaqlığı, Laçın Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Daşaltı Dövlət Təbiət Yasaqlığı və digər ərazilərdə yaradılan qoruq və yasaqlıq haqda geniş məlumat veriblər. Həmçinin videoçarxlarda Xarıbülbül, Şərq çinarı,Qonur ayı, meşəpişiyi, eləcə də digər bitki və heyvanlar barəsində məlumatlar diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi