Healthy food
5b sinifində ingilis dili dərsi. Fənn müəllimi Salayeva Gülnarə .”Healthy food” mövzusu şagirdlərə təkcə ingilis dilini deyil, həm də qida məhsullarının faydasından da bəhs etdi. Dərs həm maraqlı həmdə faydalı oldu. Günümüzün aktuallığını əks etdirən “Sağlam qida “ mövzusunun ingilis dili dərsində şagirdlərə aşılanması həm maraqlı, həm də vacib idi. Fənn müəlliminin qoyduğu problemli situasiya şagirdləri vitaminlər, düzgün qidalanmağın yolları, süfrə mədəniyyəti haqqda biliklər toplamağa yönəltdi. Milli mətbəximizin zənginliyi və faydası haqda ingilis dilində səslənən məlumatlar dərsi daha rəngarəng və maralı etdi.