Şəxsiyyətin zirvəsi

    Məktəbimizdə "Şəxsiyyətin zirvəsi" adlı anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəs yad olunub. Məktəbin direktoru A.Baxşıyeva müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Daha sonra məktəbin tarix müəllimi G.Padarova dahi liderin diqqət və qayğısı sayəsində bütün sahələrdə böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı və dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş viderolik nümayiş etdirildi.

    Tədbirlərdə ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi