Mən və mənim əhatəm

    Məktəbdə psixoloji xidmət sahəsində görülən işlər mütamadi olaraq davam etdirilir. Reproduktiv sağlamlıq tədrisi üzrə VII - VIII sinif şagirdləri ilə məktəbin psixoloqu Səbinə Əlizadə "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçiriblər. Şagirdlərə psixoloq tərəfindən dostluğun onlar üçün əhəmiyyəti barədə, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlanıb. Psixoloq uşaqlara yeniyetməlik dövrünün dostluq münasibəti, yeniyetmənin dost anlayışı kimi bir sıra mövzulara da toxunub. Məşğələ şagirdlər arasında çox maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi