Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq

    Azərbaycan Respublikası Prezidentinin məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023 cü illər üçün Milli Fəaliyyət Planının təstiq edilməsi haqqında plana əsasən 29 noyabr 2023-cü il tarixdə məktəbdə “Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda tədbir keçirilib.

    İlk öncə məktəbin UBR-i K.Əzimova tədbirdə çıxış edərək, dövlətimizin insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz gender əsaslı zorakılıqla mübarizə sahəsinə aid olduğunu diqqətə çatdırdı.

    Daha sonra məktəbin psixoloqu S.Əlizadə mövzu üzrə çıxış edib, gender bərabərliyi və zorakılığa qarşı mübarizəyə dair maarifləndirici slaydlar təqdim etdi.

    Tədbirin sonunda məktəbin təşkilatçısı S.İbrahimli belə maarifləndirmə tədbirlərinin keçirilməsinin uşaqların inkişafına olduqca müsbət təsir göstərdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi