Tibbi müayinə
Məktəbimiz təkcə təhsil verməklə kifayətlənmir, həm də şagirdlərimizin sağlamlığına da xüsusi önəm verir. Bu işdə də məsuliyyət məktəbimizdəki tibb bacısının üzərinə düşür. Buna görə də bu gündən etibarən məktəbdə "Məktəbin fəaliyyət planı"na əsasən şagirdlərimizin sağlam mühitdə təhsil alması istiqamətində məktəbin tibb bacısı Lalə Şıxəliyeva, UBR Kəmalə Əzimova, Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Safura İbrahimli ilə birlikdə bütün siniflərdə profilaktik xarakter daşıyan tibbi müayinələrin aparılması başlanıldı. Şagirdlərlə bu mövzu ətrafında söhbət aparıldı, gigyenik qaydalara ciddi riayət olunması tapşırıldı.
Şagirdlərimizə və məktəbimizin bütün kollektivinə daim sağlam olmalarını diləyirik!