Bakı Zooloji Parkında dərs-ekskursiyaları
Şagirdlərimizin "Bakı Zooloji Parkına " ekskursiyası təşkil olunub. Dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil edilir.
Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilir.
Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verilir. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılır.