Incəsənət Muzeyi
Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranmır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, zənginləşir, mükəmməlləşir. Mənəvi kamilliyin yüksəlməsində məktəbin yeri və rolu böyükdür.
Mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsi məktəbin, müəllimlərin üzərinə düşür. Belə bir tədbirlərdən biri şagirdlərimizin "Incəsənət Muzeyi"nə səyahəti ilə başladı. Şagirdlər Xarı bülbül məcməyini rənglədilər, sonra muzeyi gəzərək müxtəlif ekponatlarla tanış oldular.