Xarıbülbül qoxulu Zəfər

44 günlük Vətən müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, torpaqlarını düşmən tapdağından azad edərək, Zəfər Gününü təsis etdi. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə qeyd olunduğu kimi, məktəbimizdə də geniş şəkildə qeyd edildi.
Məktəbin akt zalında “Xarıbülbül qoxulu Zəfər” adlı tədbir keçirildi. İlk öncə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi yad edildi. Daha sonra qələbəmizin tarixinə həsr olunmuş videorolik nümayiş etdirildi. Şagirdlərimiz zəfər təntənəsi ilə bağlı mətnlər və şeirlər səsləndirdilər, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa etdilər.