Fizika aylığı çərçivəsində açıq dərs keçirilib
“Fizika aylığı” çərçivəsində növbəti dərs 7b sinfində fənn müəllimi Səbinə Əsgərova tərəfindən keçirilib. "Cismin çəkisi" mövzusunda keçirilən dərsdə biliklərin praktik həlli yolları müzakirə edilib. Şagirdlər nəzəri biliklərə yiyələnməklə yanaşı, əldə etdikləri bilikləri təcrübədə möhkəmləndiriblər. Fənn müəlliminin peşəkar pedaqoji münasibətinin nəticəsi olaraq, şagirdlərin qarşısına qoyulan tapşırıq və tədqiqat işi uğurla yekunlaşdırılıb.