15 iyun - Milli Qurtuluş Günü

    Ümumilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi.

     Bu gün məktəbin akt zalında 4C sinif şagirdlərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi. Tədbirimizdə fəxri qonaq qismində Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru tarixçi-şərqşünas alim, "Şöhrət" və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı da iştirak etdi.

Tədbirdə şagirdlər Azərbaycan tarixinə səyahət nümayiş etdirdilər, müxtəlif xalq rəqsləri, mahnı və şerlər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi