Dünyamızı kəşf edək

    Bu gün K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya " çərçivəsində biologiya fənni üzrə " Dünyamızı kəşf edək" adlı kiçik elmi-interaktiv konfrans keçirildi.Konfransın təşkilatçısı məktəbin tədris işləri üzrə direktor müavini, məktəbin biologiya fənni müəllimi Əliyeva Sevinc konfransı açıq elan etdi ,daha sonra VII, VIII,IX və X sinif şagirdləri biologiya elmi sahəsində apardıqları araşdırmalarını illik elmi hesabat- təqdimat şəklində nümayiş etdirdilər.Təqdimat zamanı müxtəlif formatlı interaktiv oyunlara zaldakı şagird və müəllimlər də cəlb edildi,qaliblərə kiçik hədiyyələr verildi.Konfransın sonunda məktəbin direktoru Aytən Baxşıyeva şagirdlərin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Konfrans iştirakçıları diplomlarla mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi