Birincilər

    Bu gün məktəbimizin 1-ci sinif şagirdləri ilə məktəbin akt zalında tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim kollektivi , şagirdlər və 1-cilərin valideynləri iştirak etmişdir. Sinif rəhbər M.Fətəliyeva birinciləri birinci sinifi bitirmələri münasibətilə təbrik etmiş, onlara gələcək təhsil illərində uğurlar arzulamışdır.

Birincilər dərs ilinin sonunadək aldıqları bilik və bacarıqlarını nümayiş etdirərək şeir və mahnılar ifa etmiş, nağıllar aləminə səyahət edərək müxtəlif səhnəciklər göstərmişlər. Şagirdlərin hər bir çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi