Tarix yaradan şəxsiyyət

    Məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı "Tarix yaradan şəxsiyyət" adlı tədbir keçirilib.

Keçirilən tədbirdə müəllim, şagird və valideyn kollektivi iştirak ediblər.

    Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

     Sonra məktəblilər Ulu Öndərə həsr olunan şeir söyləyib, mahnı ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

    Tədbirin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yolu, müstəqillik tariximizi gələcək nəsilə əyani aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi