Dəyərlərimizi qoruyaq

    Təhsilalanların milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə BŞTİ-nin 13.03.2023-cü il tarixli ”Dəyərlərimizi qoruyaq” layihəsinin icrası ilə bağlı tədbirlər planının 7-ci bəndinə əsasən şagirdlərə Çovqan ənənəvi Qarabağ atüstü oyunu barədə məlumat verildi. Məktəbin idman müəllimləri G.Əkbərova və H.Əliyev təqdimat hazırlayaraq bu oyun haqqında şagirdlərə maraqlı dərs təqdim etdilər.

    Bu qədim at yarışı müasir at polosunun ilkin formalarından biridir. ”Çovqan” sözü türk mənşəli olmaqla, “çubuq ilə vurmaq” mənasını verir. Tarixçilərin fikrinə görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmışdır və bir neçə yüzilliklər ərzində Azərbaycanda məşhur olmuşdur.

    Bu oyunun yeni tarixi 2000-ci illərdə başlamış, 2006-cı ildə Prezident kuboku turniri keçirilmişdir və turnirdə ölkənin 8 regionu təmsil olunmuşdur. 2013-cü ilin sentyabr ayında Bakıda at polosu üzrə dünya kuboku yarışı keçirilmişdir. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çövkən üzrə bir komandası arasında nümunəvi matç da keçirildi. Azərbaycanda bu gün də ölkənin müxtəlif rayonlarında çovqan milli oyunu üzrə yarışlar keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi