31 mart azərbaycanlıların soyqırımı günü
31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olundu. Bu günlə əlaqədar məktəbdə birinci dərslər mövzuya həsr olundu. Siniflərdə müəllimlər mövzu ilə bağlı söhbətlər apardı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbdə “31 mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Padarova Gülnar çıxış edərək 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın və qanlı cinayətlər haqqında ətraflı məlumat verdi. Mövzu ilə əlaqədar təqdimatlar və video çarxlar təqdim edildi, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.