Reproduktiv sağlamlığın tədrisi
Bu gün məktəbdə "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan seminar təşkil olunmuşdu. Məktəbin akt zalında təşkil olunmuş seminarda VI sinif şagirdləri iştirak etdi. Dərslərə məktəb psixoloqu və məktəbin tibb personalı da qatıldı.
Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.