Xocalı adlı şəhidim
Soyqırımı hər hansı bir xalqın, irqin və ya dinin düşünülmüş və davamlı şəkildə tam və ya qismən məhv edilməsidir.
Tarix boyu xalqımız dəfələrlə soyqırımına məruz qalmışdır. Onlardan biri Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş soyqırımıdır. 31 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini zəbt etdilər və dinc əhaliyə divan tutdular.
Bu gün məktəbin akt zalında "Xocalı soyqırımı"nın 31-cü il dönümünün qeyd olunması ilə əlaqədar "Xocalı adlı şəhidim” adı altında tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva , məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib. Xocalı həqiqətlərindən bəhs edən videoçarx izlənilib.
Tədbirin keçirilməsində məqsəd, şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarətdir.