21 fevral bütün dünyada "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur
"Beynəlxalq Ana Dili Günü" münasibətilə məktəbin akt zalında “Ana dilim qürur mənbəyimdir!” adlı tədbir keçirildi. Tədbirdə valideynlər,müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Dövlət himni ilə açıq elan olundu. Daha sonra şagirdlər "Beynəlxalq Ana Dili Günü" haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər,mahnılar oxudular, şeirlər səsləndirdilər.
Məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.