Muzeydə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olumuş tədbir keçirilmişdir
27 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Muzey və YAP “Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı” ilə birgə təşkil olunmuşdur.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.Tədbiri giriş sözü ilə açan MATM-ın direktoru, akademik Nailə Vəlixanlı 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əhəmiyyətindən və dövlətimizin Muzeyə olan qayğısı nəticəsində milli-mədəni irsimizin gənc nəsillərə daha yaxşı təbliğ edilmə imkanlarından danışmışdır.Daha sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müdiri Bəkir Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından danışmış, Ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qəbul edilmiş qərarın nəticəsi olaraq qeyd edilən bu bayramın soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi-əxlaqi keyfiyyətlər aşıladığından bəhs etmişdirlər.Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etmişdir. Bədii hissədə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri, Nəsimi rayonu A.S.Loginov adına 8 saylı tam orta məktəbin şagirdləri, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin nəzdində fəaliyyət göstərən “H.Z.Tağıyev klubu”nun “Sonalar” rəqs qrupunun üzvləri çıxış etmişdirlər. Bədii hissədə Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunmuşdur.