Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti
Azərbaycan Milli İncəsənət Muzeyinin “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgisinə məktəbimizin VII və VIII sinif şagirdlərinin ekskursiyası təşkil edildi.
Ekskursiyada iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında danışıldı. Maarifləndirici xarakter daşıyan sərgi uşaqlar tərəfindən böyük maraqla qarşılandı.