Açıq dərs
8b sinfində ədəbiyyat dərsi keçirildi. Mövzu: "Romeo və Culyetta " Sevgi məbədinin əbədi məşəllərini yandıran bu iki gəncin faciəli sonluğu və Azərbaycan klassik ədəbiyyatında sevgiyə, məhəbbətə bağlı iki gənc Leyli və Məcnun. Fənn müəllimi Əsədova İradənin apardığı bu paralellər dərsin sonunda müasir dövrümüzün məhəbbət dastanını yazan İlham və Fərizənin həyat yolunda kəsişir. Bu kəsişmə nöqtəsi isə indiki nəslə bir örnək, bir məktəbdir!