Amerika Riyaziyyat Olimpiadası

    Bakı şəhər məktəbləri üçün 30 oktyabr 2022-ci il tarixində keçirilən AMO Olimpiadasında (American Mathematics Olympiad) məktəbimizin 11B sinif şagirdi Sorgin Emil Vadimoviç iştirak edərək bürünc medal qazanmıdır.

Amerika Riyaziyyat Olimpiadası (AMO) SIMCC və Cənubi İllinoys Universitetinin (SIU) birgə təşkil etdiyi ibtidai, orta və lisey şagirdləri üçün beynəlxalq riyaziyyat müsabiqəsidir. Riyaziyyatın əhəmiyyətini və daha dərindən dərk edilməsini təşviq edir. AMO-nun seçilən üstünlüklərindən bəziləri (və ya əsas üstünlükləri) universitet təqaüdləri, Qlobal Alimlər Proqramı, Beynəlxalq Gənclər Fəxri Cəmiyyətinə (IJHS) üzvlük, təhsil qrantları və stajlardır.

    Qeyd edək ki, Sorgin Emil AMO qalibi kimi ( Qızıl, Gümüş, Bürünc medal alanlar) 2023-cü il İyul ayında Sinqapurda keçiriləcək olan SIMOC-da ( Singapore international Math Olympiad Challenge) iştirak etmək hüququ qazandı.

Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi