Dostluq həyatın ən gözəl anlamıdır
Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Bu anlamı uşaqlara məktəbimizin azərbaycan dili müəllimi Eminova Bədircahan 5c sinfində keçirtdiyi açıq dərsində çox gözəl izah etdi. Dərsi "Qaraca qız" filmindən verilən parça ilə başladı. Bu iki qızcığazın əsl dostluğunun bariz nümunəsidir. "Dostluq" mövzusunun aşılanması üçün fənn müəllimi Eminova Bədircahandərsində həm atalar sözlərinə, həm filmin təhlilinə geniş yer verdi.