İnsan alverinə qarşı mübarizə
Məktəbdə əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri siniflərdə “İnsan alverinə qarşı mübarizə”, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici söhbət aparmışlar.