Ekskursiya
Təhsil Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə bağladığı müqaviləyə əsasən məktəbimizin VII və VIII sinif şagirdləri üçün ekskursiya təşkil edildi.
Ekskursiyanın məqsədi yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.
Şagirdlərimiz ekskursiya müddətində Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alıb, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış oldular. Məktəblilər bu sərgidə tarixlə yaxından tanışlıq imkanı əldə etdilər.