Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi
Məktəbimizdə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi” adlı layihə çərçivəsində Dövlət bayrağı gününə həsr olunmuş tədbir keçirilib.
Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər vətənpərvlik mövzusunda mahnı və şeirlər səsləndirilib, müxtəlif kompozisiyalar nümayiş etdiriliblər.
Tədbirdə layihənin rəhbəri Muğan Əliyev, məktəbin direktoru Aytən Baxşıyeva və digər çıxış edənlər gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlar haqqında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümündən və vətənpərvərlk mövzusunda danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.