Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiya

     Məktəbin 3 C” sinif şagirdləri üçün Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiya təşkil olundu. Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Şagirdlər qədim peşələrdən olan dulusçuluq, xalçaçılıq sənətləri ilə tanış oldular, yuxa yaydılar və gildən qabların hazırlanmasında iştirak etdilər. Ekskursiya çox səmərəli və faydalı keçdi. Şagirdlər gəzintidən xoş təəssüratlarla ayrıldılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi