Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları

     Məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.  Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən təşkil edilən tədbirdə Bakı Regional mərkəzinin mülki müdafiə idarəsinin rəis müavini mayor Səfərəliyeva Aidə, Təşkilat Səfərbərlik bölməsinin rəisi mayor Renat Fazlulov, maarifləndirmə bölməsinin zabiti kapitan Paşa Əliyev, Nəsimi rayonu üzrə FHŞ və MM şöbəsinin rəisi palkovnik leytenant Anar Seyidməmmədov və baş zabit mayor Elgiz Paniyev məktəbin müəllim və şagirdləri iştirak ediblər.

    Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə “zəlzələ zamanı necə davranmalı”, “sel və daşqın zamanı nə etməli”, “torpaq sürüşməsi, məişətdə yanğın və civə dağılmaları zamanı davranış qaydaları”, “odsöndürən balonlardan istifadə”, “dəm qazı” və “112 qaynar xətti” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

Sonda suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi