Tom Soyyerin macəraları
Kitablar uşaqlarla qurulan münasibətə fərqli rəng qatır. Saylar, hərflər, rənglər və şəkillər düşüncələri əyləncəli şəkildə onunla tanış edir. Kitab dinləmə və yaddaş qabiliyyətini inkişaf etdirir. Söz ehtiyatını artırır və uşaqlara ətraflarında olan dünya barəsində məlumat verir.
Böyük Amerika yazıçısı Mark Tvenin (1910) ‘Tom Soyyerin macəraları’ romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır. Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar...
Elə bu maraqdan motivasiya alan altıncılarımız macəra axtaran dəcəllərin başlarına gələni böyük maraqla oxuyub müzakirə etdilər. İngilis dili fənni müəllimi Sevinc Babayeva fənlərarası inteqrasiyadan məharətlə istifadə edərək, həm xarici dilin , həm ədəbiyyat fənninin tədrisinə olan marağı ,həm də dövrümüzün qlobal məsələlərindən olan kitaba, mütaliəyə sevgini formalaşdırmağa nail oldu.